Sabah Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turnirinə start veriləcək. Matc.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış aprelin 7-dək davam edəcək.

Ənənəvi turnirdə ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında Zaur Əliyev, Rəvan Rəcəbov (hər ikisi 55 kq), Zaur Nuriyev (63 kq), Ramin İsrayilov (67 kq), Cavid Miralayev (77 kq), Şirxan Quliyev (82 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.

Turnirdə beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest