21 Noyabr 2023, 11:37
FUTBOL
Məmmədov qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) görüşündə UEFA Matç direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov daha bir təyinat alıb. Matc.az xəbər verir ki, UEFA ona Konfrans Liqası oyununu həvalə edib.
Belə ki, Məmmədov qrup mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Brugge” (Belçika) görüşündə UEFA Matç direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.
Görüş noyabrın 30-da İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək.