"Atletiko"nun qapıçısı Yan Oblakın taleyinə aydınlıq gəlib. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı qolkiper komandada qalmaq qərarına gəlib.

Sloveniya yığmasının üzvü bu həftə madridlilərlə yeni müqaviləyə qol çəkəcək. Onun müqaviləsində sərbəst qalma məbləği dəyişməyəcək və 100 milyon avro olaraq qalacaq. Oblakın illik məvacibi barədə məlumat verilməsə də, bunun 10-12 milyon avro aralığında olması gözlənilir.

Qeyd edək ki, "Atletiko" ilə hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədər olan Yan Oblakla PSJ maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest