"Bütün komanda yaxşı çıxış elədi. Çünki yarışa tam hazır idik. Ağahüseyn Mustafayev neçə illərdi bu medalın həsrətindəydi. Nəhayət ki, böyüklər arasında Avropa çempionatında da sözünü dedi. Bu yarış apreldə keçirildiyindən, qələbəmi şəhidlərimizə və onların valideynlərinə həsr edirəm".

"Ən güclü rəqiblər mənim səbətimdə idi. Xüsusən də, erməni güləşçi üzərində qələbəmi qeyd etmək istərdim". Matc.az saytı xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev deyib.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında öz çəkisinin (60 kq) çempionu olan Hacıyev brifinqdə təəssüratlarını bölüşüb.

O, uğurunu aprel şəhidlərinə həsr etdiklərini söyləyib: "Bütün komanda yaxşı çıxış elədi. çünki yarışa tam hazır idik. Ağahüseyn Mustafayev neçə illərdi bu medalın həsrətindəydi. Nəhayət ki, böyüklər arasında Avropa çempionatında da sözünü dedi. Bu yarış apreldə keçirildiyindən, qələbəmi şəhidlərimizə və onların valideynlərinə həsr edirəm".

Əliyev əsas məqsədinin olimpiya çempionluğu olduğunu vurğulayıb: "Əsas hədəf olimpiya çempionluğudu. Ancaq buna qədər dünya çempionatında yaxşı çıxış edib, Olimpiadaya lisenziya qazanmalıyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest