"Bavariya"nın baş direktoru Yan-Kristian Driesen Bundesliqa çempionluğu uğrunda mübarizə haqqında danışıb.

Matc.az xəbər verir ki, alman funksioner hazırda turnir cədvəlində lider olan "Bayer-04" haqda da fikir səsləndirib:
 
"Hər komandanın məqsədi çempion olmaqdır. Hazırda cədvəldə "Leverkuzen"dən o qədər də geridə deyilik, ona görə də mövsüm üçün bu istəyi şübhə altına almaq üçün heç bir səbəb yoxdur. Ardıcıl 11 dəfə çempion olmuşuq. "Leverkuzen" əla mövsüm keçirir, amma əminəm ki, onlar hələ də nə vaxtsa sıradan çıxa bilər və biz bundan yararlanmalı olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest