“Mançester Yunayted” qələbə seriyasını 4 oyuna çatdırıb. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın XXIV turunda səfərdə “Aston Villa”nı məğlub edib (2:1).

“Mankunianlar” bununla yanvarın 28-dən bəri keçirdiyi 4 görüşün hamısında qalib gəlib. Bu, Erik Ten Haqın yetirmələrinin cari mövsümdəki ən yüksək qalibiyyət seriyasıdı. Komanda, ümumiyyətlə, bu il keçirdiyi 6 qarşılaşmanın heç birində uduzmayıb. Sonuncu dəfə belə uğurlu seriya bir il əvvəl olub.

Qeyd edək ki, “Mançester Yunayted” fevralın 18-də səfərdə “Lyuton”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest