Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA yarımfinal yolunda son görüşləri idarə edəcək hakimlərin adlarını açıqlayıb.
Mərhələnin ən diqqətçəkən cütlüyü olan "Napoli" ilə "Arsenal"ın qarşılaşması rumıniyalı hakimlər briqadasına həvalə edilib. Həmçinin aprelin 18-də Şotlandiya, İtaliya və Sloveniyadan olan referilər də iş başında olacaq.
Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. "Napoli" - "Arsenal"
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
23:00. "Valensiya" - "Vilyarreal"
Baş hakim: Villiam Kollum (Şotlandiya)
23:00. "Ayntraxt" - "Benfika"
Baş hakim: Daniele Orsato (İtaliya)
23:00. "çelsi" - "Slaviya"
Baş hakim: Damir Skomina (Sloveniya)