“Barselona” yarımmüdafiə xəttini gücləndirmək qərarına gəlib. Matc.az xəbər verir ki, Oriol Romeu ilə vidalaşacaq rəhbərlik orta sahədə yaranacaq boşluğu doldurmağı planlaşdırır.

Hazırda kataloniyalıların maraq siyahısında 4 futbolçu var Bunlar Amadu Onana (“Everton”), Aleş Qarsiya (“Jirona”), Kefren Türam (“Nitsa”) və Mats Vifferdi (“Feyenord”). Onananın ilk seçim olduğu bildirilir, lakin onun yüksək transfer haqqı keçidi çətinləşdirir.

Qeyd edək ki, “Barselona” 30 turdan sonra La Liqada 67 xalla ikinci sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest