“Nyukasl”ın hücumçusu Aleksandr İsak yayda klubu tərk etməyəcək. Matc.az xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin baş məşqçisi Eddi Hau açıqlayıb.

“O, görkəmli istedaddır və klubda heç kim İsakı itirmək istəməz. Son matçda da əla görünürdü. Bizim İsakı satmaq niyyətimiz yoxdu”, deyə çalışdırıcı bildirib.

24 yaşlı forvard bu mövsüm “Nyukasl”ın heyətində 31 oyunda 18 qol vurub, 1 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest