Qadın futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrə ilə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA “Liv Bona Dea Arena”dakı qarşılaşmanı Rumıniyadan olan briqadaya həvalə edib.

Görüşü Alina Peşu idarə edəcək. Ona yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku köməkçi olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir icra edəcək.
Qeyd edək ki, B Liqasının I qrupu çərçivəsində aprelin 9-da keçiriləcək oyun saat 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest