İngiltərə Premyer Liqasının təqvimində dəyişikliklər edilib. Matc.az xəbər verir ki, buna avrokubokların yarımfinal mərhələsinin oyunları səbəb olub.

"Liverpul"la "Tottenhem"in çempionlar Liqasında, "Arsenal"la "çelsi"nin Avropa Liqasında 1/4 final səddini keçməsi İngiltərə Premyer Liqasını belə addım atmağa məcbur edib. Yarımfinalçılara görə XXVII turun oyunlarının vaxtı dəyişdirilib.

Komandaların yarımfinalda oynamasını nəzərə alan qurum "Bornmut" – "Tottenhem" və "Nyukasl" – "Liverpul" görüşlərinin mayın 4-də keçirilməsinə qərar verib. "çelsi" – "Uotford" və "Arsenal" – "Brayton" matçları isə ertəsi gün baş tutacaq. Bu dəyişikliklərə görə "Mançester Siti" – "Lester" qarşılaşması mayın 6-na keçirilib.

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest