15 May 2024, 00:04
FUTBOL
“Milan”ın hücumçusu Olivye Jirunun ABŞ-nin “Los-Anceles” klubuna keçidi rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mövsümün sonunda İtaliya klubundan ayrılacaq forvard yeni komandasına azad agent kimi keçəcək. Jiru ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fransa millisinin üzvü olan 37 yaşlı futbolçu bu mövsüm “Milan”da 45 matçda 16 qol vurub və 9 məhsuldar ötürmə edib.