“Real” yeni hücumçusu Endrik üçün “Palmeyras”a daha 10 milyon avro ödəməli olacaq. Matc.az xəbər verir ki, braziliyalı hücumçu “kral klubu”nda debüt etmədən madridlilərin “Palmeyras”la müqaviləsi çərçivəsində yer alan bəndə əsasən, qarşı tərəfə bonus ödəyəcək.

Belə ki, tərəflər arasında razılığa əsasən, rəsmi sözləşmə imzalandıqdan sonra Endrikin “Palmeyras”ın heyətində vuracağı hər 5 qol braziliyalılara 2,5 milyon avro qazandıracaq. Həmin vaxtdan bəri isə gənc oyunçu rəqib qapılarına 20 dəfə yol tapıb. Üstəlik, 17 yaşlı forvard bu dönəmdə Braziliya millisinə çağırıldığı üçün “Real”ı daha 1,25 milyon avro xərcə salıb.

Qeyd edək ki, Endrik 35 milyon avroya “Real”a transfer olunub. Madridlilər “Palmeyras”a daha 25 milyo bonus ödəyə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest