Dünyanın 54 liqasında cari mövsümdə ən çox təsir qüvvəsinə malik futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, CİES futbol observatoriyası tərəfindən Azərbaycan çempionatı haqda da araşdırma aparılıb.

Araşdırmada futbolçuların performansı, meydanda olduğu dəqiqələr, göstərdikləri fərdi nəticələr əsas götürülüb. “Mançester Siti”nin ispan üzvü Rodri 98,5 reytinqlə siyahıya başçılıq edir. Bundesliqanın qalibi olan və Avropa Liqasının finalında oynamaq hüququ qazanan “Bayer”in yarımmüdafiəçisi Qranit Caka 92,3 reytinqlə ikincidi. Üçüncü yerin sahibi isə 89,9 reytinqlə “Arsenal”ın formasını geyinən Martin Ederoqdu.

Azərbaycan Premyer Liqasının ən reytinqli futbolçusu isə “Qarabağ”da çıxış edir. Söhbət Leandro Andradedən gedir. Ümumiyyətlə, ölkə çempionatının ən çox təsir qüvvəsinə malik 10 futbolçusundan 6-sı Ağdam klubunu təmsil edir.

Birinci olan Leandro Andradenin reytinqi 57,4-ə, ikinci olan Toral Bayramovın reytinqi 56,8-ə, üçüncü olan Olavio Juninyonın reytinqi 54-ə, dördüncü yerdə qərarlaşan Julio Romaonun reytinqi 53,7-ə, beşinci olan Abdullah Zubirin reytinqi 53,1-ə, altınca pillədə yer alan Yassin Benzianın reytinqi isə 52,6-ya bərabərdir.

7-ci pillədə “Sabah”dan Con İrasabal (52,1), 8-ci yerdə “Neftçi”dən Yuri Matias (51,2), 9-cu pillədə “Neftçi”dən Emin Mahmudov (50,9), 10-cu yerdə isə “Zirə”dən Pyer Zebli (49,8) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest