Avstriyanın “Zalsburq” klubu 41 yaşlı niderlandlı çalışdırıcı ilə razılıq əldə edib.

Matc.az xəbər verir ki, 10 ildir “Liverpul”da baş məşqçi köməkçisi vəzifəsində çalışan Pep Laynders yeni mövsümdən etibarən “Zalsburq” klubunu çalışdıracaq.

Təcrübəli məşqçi Avstriya klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Pep Laynders uzun illər Yurgen Kloppun yanında köməkçi məşqçi postunu tutduğu üçün baş məşqçilik etməyə hazır olduğunu bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest