29 May 2024, 19:30
FUTBOL
“Bernli”nin sabiq baş məşqçisi Vensan Kompani “Bavariya”nın yeni baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 38 yaşlı belçikalı klub ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Kompani “Bernli”yə 2022-ci ildən başçılıq edib. Onun rəhbərliyi altında komanda 24 xal toplayaraq İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün sonunda 19-cu yeri tutaraq aşağı liqaya düşüb.