Avropa çempionatları tarixində meydana çıxan ən gənc futbolçu olacaq. Yamal çempionat tarixində 16 yaşında turnirdə oynayan ilk futbolçu olacaq.

“Barselona” və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal Avropa çempionatında yeni rekorda imza atacaq.

Matc.az xəbər verir ki, o, Avropa çempionatları tarixində meydana çıxan ən gənc futbolçu olacaq.

16 yaşlı vunderkind AVRO-2024 üçün İspaniya millisinin heyətinə daxil edilib. Yamal çempionat tarixində 16 yaşında turnirdə oynayan ilk futbolçu olacaq. Belə ki, iyulun 13-də, AVRO-2024-ün finalından bir gün əvvəl onun 17 yaşı tamam olacaq.

Avropa çempionatları tarixinin ən gənc oyunçuları:

1. Kaçper Kozlovski (Polşa) - 17 yaş, 8 ay və 3 gün
2. Jude Bellinqem (İngiltərə) - 17 yaş, 11 ay və 15 gün
3. Cetro Villems (Hollandiya) - 18 yaş, 2 ay və 10 gün
4. Enzo Şifo (Belçika) - 18 yaş, 3 ay və 25 gün
5. Camal Musiala (Almaniya) - 18 yaş, 3 ay və 28 gün
6. Valeri Bojinov (Bolqarıstan) - 18 yaş, 4 ay və 7 gün

Xatırladaq ki, AVRO-2024-ün qrup mərhələsində İspaniya millisi İtaliya, Xorvatiya və Albaniya ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest