2023/24 mövsümünü 7-ci pillədə bitirən “Səbail” Türkiyəyə yollanıb. Matc.az xəbər verir ki, paytaxt klubu yeni sezona hazırlığın ikinci mərhələsi üçün qardaş ölkəyə yola düşüb.

“Dənizçilər” hazırlığa iyunun 27-də Bakıda start vermişdilər. Burada daha çox məşqlərə diqqət ayıran baş məşqçi Şahin Diniyev Ərzurumda komandasını yoxlama matçlarında sınayacaq. “Səbail” Türkiyədə 3 yoxlama oyunu keçirəcək. Bakılılar iyulun 11-də “Ərzurumspor”la, 13-də isə “Hatayspor”la üz-üzə gələcəklər.

Qeyd edək ki, “Səbail”in Ərzurum toplanışı iyulun 18-də bitəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest