10 İyul 2024, 00:27
AVRO-2024
Fransa millisi ilə 2024-cü il Avropa çempionatının yarımfinal matçının 25-ci dəqiqəsində yarımmüdafiəçi Dani Olmo İspaniya yığmasını hesabda irəli çıxarıb.
Matc.az xəbər verir ki, o, İspaniya milli komandasının tarixində ardıcıl üç böyük beynəlxalq turnirin pley-off matçında qol vuran ilk futbolçu olub.
Olmo bundan əvvəl AVRO-2024-ün 1/8 finalında Gürcüsta millisinə, 1/4 final qarşılaşmasında isə Almaniya yığmasına qol vurub.
Hazırda İspaniya və Fransa milliləri arasında görüş davam edir. İspaniya millisi 2:1 hesabı ilə Fransanı məğlub edir.