Fransanın “Lill” klubu belçikalı müdafiəçi Tomas Mönye ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı təcrübəli cinah oyunçusuyla 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edən belçikalı futbolçu mövsümün ikinci hissəsini Türkiyənin “Trabzonspor” klubunda keçirib. O, Belçika millisində 66 oyun keçirib və 8 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest