Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Matc.az xəbər verir ki, 125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız polşalı Bobert Baran ilə üz-üzə gəlib.

Rəqibinə 9:3 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın güləş növündə ikinci, sayca isə 6-cı medalıdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest