ransanın sabiq milli komandasının yarımmüdafiəçisi Tyemue Bakayoko karyerasını "Seltik"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Entoni Cozef məlumat yayıb.

Bildirilir ki, Bakayoko son bir neçə həftədir "Seltik"lə birlikdə məşq edir. İndi Şotlandiya klubu onunla müqavilə imzalamaq imkanlarını nəzərdən keçirir.

Bu ilin fevralında Bakayoko artıq "Seltik"lə danışıqlar aparırdı, lakin o vaxt Şotlandiya klubu Aleks Oksleyd-Çemberlenin xeyrinə seçim etmişdi. Futbolçu AEK-dən ayrıldığı 2025-ci ilin yayından bəri azad agent statusundadır.

32 yaşlı fransalı oyunçu ilk növbədə "Monako", "Çelsi" və "Milan"dakı çıxışları ilə tanınır. O, həmçinin "Renn", "Napoli" və "Loryan"ın da şərəfini qoruyub. Yarımmüdafiəçi 2017-ci ildə Fransa millisində bir oyun keçirib.

Xatırladaq ki, cari ilin yayında "Seltik" Martin O'Nilin komandanın tamhüquqlu baş məşqçisi təyin olunduğunu təsdiqləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest