Bu gün Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

Matc.az xəbər verir ki, Olimpiadanın son günündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal uğrunda mübarizə aparacaq.

97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçimiz Nikolas De Lange (CAR) / Murazi Mçelidze (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

Qarşılaşmalara 13:00-dan etibarən start veriləcək. Təmsilçimiz B xalçasında 10-cu görüşdə mübarizəyə başlayacaq.

Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest