11 Avqust 2024, 14:44
PARİS-2024
Paris-2024-də keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxıb.
Matc.az xəbər verir ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Maqomedov ukraynalı güləşçi Murazi Mçelidze ilə üz-üzə gəlib.
Maqomedov rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq bürünc medala sahib olub.
Bununla da, Azərbaycan millisi Paris-2024 Olimpiadasındakı çıxışını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.
Qeyd edək ki, Paris-2024-ə bu gün yekun vurulacaq. Bağlanış mərasimi axşam saat 23:00-da keçiriləcək.