14 Avqust 2024, 13:13
PARİS-2024
İtaliya millisinin üzgüçüsü və bayraqdarı Qreqorio Paltrinyeri xoşagəlməz halla üzləşib. Matc.az xəbər verir ki, o, Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi zamanı dirsəyini sındırıb.
Bu barədə idmançı özü sosial şəbəkədə paylaşım edib. Paltrinyeri əməliyyat ediləcəyini bildirib.
Qeyd edək ki, italiyalı üzgüçü Paris-2024-də 1500 metr məsafəyə üzmə yarışında gümüş, 800 metr məsafəyə üzmə yarışında isə bürünc medal əldə edib.