“Qarabağ” Avropa Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun turnir zamanı ixtiyarında 24 futbolçu olacaq.

Azərbaycan çempionu yeni formata əsasən 8 oyun keçirəcək.

Qapıçılar: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 11. Emmanuel Addai, 18. Olavio Juninyo, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk oyununu sentyabrın 26-da İngiltərədə “Tottenhem”ə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest