"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix "Barselona"ya keçmək arzusundadır.

Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

29 yaşlı futbolçunun müqaviləsi 2025-ci ildə başa çatır və o, azad agent kimi Kataloniya klubuna keçməyi düşünür.

Bildirilir ki, Coşua hətta Xavinin dövründə də "Barselona" layihəsi ilə maraqlanırdı və Hansi Flikin gəlişi oyunçunun Kataloniya klubuna keçmək istəyini daha da gücləndirib.

Qeyd edək ki, Kimmix bu mövsüm bütün turnirlərdə beş oyun keçirib, bir məhsuldar ötürmə və bir qol vurub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest