"Ayaks"ın yarımmüdafiəçisi Hakim Ziyeç karyerasını Almaniyada davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı forvard "Bavariya" ilə anlaşıb.

Mərakeş millisinin üzvü Münhen klubu ilə danışıqları yekunlaşdırıb və tərəflər arasında şəxsi razılıq əldə olunub. İndi qalır "Bavariya"nın "Ayaks"la ortaq məxrəcə gəlməsi. Hollandlar transfer qiyməti 35 milyon avro dəyərində göstərilən Ziyeçi mövsümün sonunda satmağın əleyhinə deyil.

Qeyd edək ki, Hakim Ziyeçin "Ayaks"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest