“Real”ın qapıçısı Tibo Kurtua zədələnib. Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

O bildirib ki, belçikalı qolkiper La Liqanın VIII turunda “Atletiko” ilə keçirilən oyunda (1:1) xəsarət alıb: “Kurtuanın əzələ problemləri var. Sabah müayinədən keçəcək. Nəticəni ondan sonra biləcəyik”.

Qeyd edək ki, “Real” oktyabrın 2-də Çempionlar Liqasında “Lill” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest