“Olimpiakos”un mərakeşli hücumçusu Ayub El-Kaabi 15 qolla cədvələ başçılıq edir. O, yığmada 4, klubda 11 qol vurub.
Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) 2024-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda millilərdə və qitəmiqyaslı klub turnirlərində ən azı 8 qol vuranlar yer alıb.
“Olimpiakos”un mərakeşli hücumçusu Ayub El-Kaabi 15 qolla cədvələ başçılıq edir. O, yığmada 4, klubda 11 qol vurub.
Ümumilikdə 19 futbolçu ilin ilk 9 ayında 8 və ya daha çox qol vurmağı bacarıb.
11 və daha çox qol vuranlar:
1. Ayub El Kaabi (Mərakeş / “Olimpiakos”) – 15 qol
2. Akram Afif (Qətər / “Əl Sədd”) - 14
3. Harri Keyn (İngiltərə / “Bavariya”) - 14
4. Salomon Rondon (Venesuela / “Paçuça”) - 12
5. Sufian Rahimi (Mərakeş / “Əl Ain”) - 12
6. Aymen Hussein (İraq / “Əl Quva”) - 11
7. Ademola Lukman (Nigeriya / “Atalanta”) - 11