02 Oktyabr 2024, 11:18
FUTBOL
Türkiyə yığmasının və "Qalatasaray"ın sabiq futbolçusu Ergün Pembe aşağı dəstədə məşqçi kimi fəaliyyət göstərəcək. Matc.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkəsinin II divizion komandasını çalışdıracaq.
Belə ki, o, "Mersin İdman Yurdu" kollektivinin baş məşqçisi təyin olunub. Pembe ilə cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, E.Pembe 1994-2007-ci illərdə "Qalatasaray"ın formasını geyinib.