“Mançester Siti”nin futbolçusu oğurluğa görə həbs edilib. Matc.az xəbər verir ki, bu, yarımmüdafiəçi Mateus Nunyeşdi.

Portuqaliyalı həftəsonunu dostları ilə keçirdiyi Madriddəki “La Riviera” gecə klubunda 58 yaşlı kişinin mobil telefonunu oğurlamaqda şübhəli bilinir. Hadisə səhər saatlarında baş verib. Polisin verdiyi məlumata görə, o, müəssisənin tualetində kişinin mobil telefonunu əlindən alıb. Şahidlərin sözlərinə görə, zərərçəkmiş 26 yaşlı futbolçunun şəklini çəkməyə çalışıb, buna əsəbiləşən Nunyeş telefonu alaraq geri verməyəcəyini bildirib.

Zərərçəkən polisə müraciət edib. “Mançester Siti”nin üzvünün başqasının telefonunu aldığını aşkar edərək, onu saxlayıb. Nunyeş hətta hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə çalışıb.

Şübhəli polis bölməsinə aparılaraq sorğu-sual edilib. Bir neçə saat sonra məhkəməyə qədər zaminə buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest