Çempionlar Liqasının II turunda “Milan”ı qəbul edən “Bayer” 1:0 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb:
Xabi Alonso (“Bayer”): “Milan” bizə qarşı ciddi mübarizə apardı, ilk 60 dəqiqə çox yaxşı keçdi. Sonda çox yorulduq, amma ruh və xarakter nümayiş etdirdik. Çempionlar Liqasında dözməyi, mübarizə aparmağı, komanda ruhunu nümayiş etdirməyi bacarmalısan. Bu, bizim üçün mühüm addımdı. Fizikamız çatışmırdı, amma mən çıxışımızdan razıyam”.
Paulo Fonseka (“Milan”): “Komandaya qoşulandan bəri ən çox bu oyunu bəyəndim. İkinci hissədə fantastik oynadıq. Kifayət qədər çox qol imkanları yaratdıq, lakin onları dəyərləndirə bilmədik. Məyus olsaq da, oyunumuzdan razı qaldım”.
Qeyd edək ki, III turun oyunları oktyabrın 22-23-də keçiriləcək. “Milan” “Brügge”ni qəbul edəcək, “Bayer”, “Brest”in qonağı olacaq.