14 Oktyabr 2024, 20:24
FUTBOL
"Barselona" rəhbərliyi sabiq baş məşqçisi Xaviyə və məşqçilər heyətinə şəxsi istifadəsi üçün verdiyi "iPhone" və "iPad"ları geri qaytarmaq xahişi ilə müraciət edib.
Matc.az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.
Klub hesab edir ki, "Apple" avadanlığı Kataloniya klubunun mülkiyyətidir, Xavi və işçiləri komandanı tərk etdikdən sonu onları geri qaytarmağa borcludurlar.
Xatırladaq ki, Xavi 2021-ci ilin noyabrından 2024-cü ilin mayına kimi "Barselona"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda La Liqa və İspaniya Superkubokunun qalibi olub.