Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin açılış oyununda "Turan Tovuz" doğma meydanda "Hypers Guba" ilə üz-üzə gəlib. Tovuz klubu 7:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

1/8 final mərhələsində "Turan Tovuz" "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunlarına 31 oktyabrda yekun vurulacaq.

Azərbaycan Kuboku
II təsnifat mərhələsi

28 oktyabr (bazar ertəsi)

"Turan Tovuz" – "Hypers Guba" - 7:2 
Qollar: 
Ramil Əhmədov, 13 (aq), Ayxan Hüseynov, 16, 25, Aleks Souza, 38, 39, Sadiq Quliyev, 56, Nahid Əliyev, 60 // İlqar Ələkbərov, 64, 68
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu.


"Turan Tovuz": 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 39. Sadiq Quliyev 10. Xəyal Nəcəfov 8. Tural Bayramlı 11. Ayxan Hüseynov 7. İsmayıl Zülfüqarlı 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 6. Araş Qaderi 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev 70. Məzahir Məmmədzadə 12. Ülvi Mədətov 3. Raul Məmmədov 27. Murad Dadaşev 22. Nahid Əliyev 34. Hüseyn Hüseynov
Baş məşqçi: Kurban Berdiyev

"Hypers Quba"98. Elxan Qasımov 10. Cavid İmamverdiyev (k) 5. Ramil Əhmədov 19. Nurlan Novruzov 14. İlqar Ələkbərov 25. Baxşəli Baxşəliyev 9. Ravil Yusifli 7. Elşən Veysov 77. Nicat Oruclu 99. Hakan Həsənov 57. Nihat Sarıyev
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 17. Nail Təhməzli 11. Nicat Abbasov 8. Hüseyn Mənəfli 6. Denis Edilov 49. Valeh Məmmədov
Baş məşqçi: Vüqar Nadirov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest