Avropa Liqasının qrup mərhələsində oktyabrın 25-də keçiriləcək "Qarabağ" – "Vorskla" oyununa təyinat alan Roi Reinsreyber azərbaycanlı futbol azarkeşlərinə yad sima deyil. Matç.az saytının məlumatına görə, israilli referinin baş hakim kimi yolu 3-cü dəfə klublarımızla kəsişib.

2014-cü ildən FİFA referisi adını daşıyan Reinsreyber 2015-16 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin Gürcüstanda yerli "Dinamo" ilə görüşündə fit çalıb. Tiflis klubunun 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada "Qəbələ"nin 2 üzvünə sarı vərəqə göstərən 38 yaşlı hakim 51-ci dəqiqədə ev sahiblərini qırmızı vərəqə ilə meydanda azlıqda qoyub.

Reinsreyber ötən mövsüm isə "Qarabağ"ın səfər oyununa yollanıb. Bu dəfə o, çempionlar Liqasının III təsnifat mərhələsində ağdamlıların "Şerif"lə qarşılaşmasında ədalət təmsilçisi olub. Azərbaycan klubunun 2:1 hesabı ilə qalib gəldiyi görüşdə israilli "Qarabağ"ın 5 üzvünə (İbrahim Şehiç, Miçel, Rəşad Sadıqov, Vild-Donald Gerye, Ansi Aqolli) "sarı üzü"nü göstərib. "Qarabağ"ın qapısına penalti təyin edib, ev sahiblərindən isə 3 oyunçuya sarı vərəqə verib.

Azərbaycana baş hakim qismində ilk dəfə səfər edəcək Roi Reinsreyber 2014-cü ilin sentyabrında Aç-2016-nın seçmə mərhələsinin Azərbaycan - Bolqarıstan (1:2) qarşılaşmasında əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

 

beynəlxalq arenada 33 oyun idarə edib. O, bu matçlarda 13 penalti, 120 sarı, 10 qırmızı vərəqəyə ehtiyac duyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest