30 Oktyabr 2024, 18:54
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
UEFA qarşıdakı altı il ərzində qadın futbolunun inkişafı ilə bağlı strategiya hazırlayacaq.
Matc.az xəbər verir ki, qurum tərəfindən "Qarşısıalınmaz" adı verilən yeni plan üçün 1 milyard avro investisiya ayrılacaq.
İnkişaf strategiyasına qadınlar arasında yeni klub turnirinin təsis olunması da daxildir. Belə ki, Çempionlar Liqasında mübarizəni vaxtından əvvəl dayandıran komandalar pley-off formatında təşkil olunacaq turnirdə çıxış edəcəklər.
Bildirilib ki, burada başlıca məqsəd futbolu Avropada qadınlar arasında ən populyar idman növünə çevirməkdir.

 
             
 















