"Hoffenhaym"ın yarımmüdafiəçisi Kərəm Dəmirbay klubunu dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü karyerasını elə Bundesliqada da davam etdirəcək.

Türkiyə əsilli futbolçu "Bayer"lə anlaşıb. 26 yaşlı orta sahə oyunçusu Leverkuzen təmsilçisi ilə 5 illik müqaviləyə qol çəkib. "Bayer" rəsmi saytı vasitəsilə keçidi təsdiqləyib və oyunçunun mövsüm başa çatan kimi kollektivə qoşulacağını vurğulayıb.

Bu keçid leverkuzenlilərə 28 milyon avroya başa gəlib. Bununla Kərəm "Bayer" tarixinin ən bahalı transferinə çevrilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest