"Liverpul" çempionluq yarışında iddiasını artırmaq üçün qışda heyətini gücləndirmək istəyir və buna görə də "Real"ın yarımmüdafiəçisi Aurelyen Tçuameni ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu fransız futbolçunu 100 milyon funt sterlinq (119 milyon avro) dəyərində qiymətləndirir. Bununla belə, "mersisaydlılar" heyətin məqsədyönlü şəkildə gücləndirilməsi üçün ciddi məbləğdə pul ödəməyə hazırdırlar.

Qeyd edək ki, bu mövsüm Tçuameni bütün turnirlərdə 14 qarşılaşmada iştirak edib, lakin fərqlənə bilməyib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında 24 yaşlı futbolçunun dəyəri 100 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest