27 Noyabr 2024, 09:50
FUTBOL
“Mançester Siti” Çempionlar Liqasında yeni antirekordla yadda qalıb. Matc.az xəbər verir ki, bu, Liqa mərhələsinin V turunda “Feyenord”la oyunda reallaşıb.
“Şəhərlilər” qarşılaşmanın gedişində 3:0 hesabı ilə önə keçsə də, sonda 3:3 hesablı heç-heçə ilə kifayətlənməli olub. Premyer Liqa təmsilçisi Çempionlar Liqası tarixində 75-ci dəqiqədə 3 top fərqi ilə öndə olan, lakin sonda qələbə qazana bilməyən ilk komanda olub.
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə ardıcıl 6 oyundu qələbə qazana bilmir.