Almaniyanın "Leypziq" klubu Bundesliqa təmsilçisi "Milan"da çıxış edən Noa Okaforun keçidini yekunlaşdırmaq üzrədir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Leypziq" isveçrəli vingeri mövsümün sonuna kimi icarəyə götürəcək. Klublar arasındakı anlaşmaya görə, Almaniya klubu yayda 25 milyon avro ödəməklə 24 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Milan" Noa Okaforu 2023-cü ilin yayında "Zalzburq"dan transfer edib. İsveçrə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest