Fransa millisinin keçmiş yarımmüdafiəçisi Zinəddin Zidan maraqlı açıqlaması ilə diqqət çəkib. Matc.az xəbər verir ki, “Zizu” sabiq ingilis futbolçu Pol Skoulzla bir yerdə oynamadığına görə təəssüfləndiyini bildirib.

“Polun oyununu izləməkdən zövq alırdım. Belə tam oyunçuya rast gəlmək çox çətindir. O, nadir futbolçulardan idi. Karyeram ərzində Skoulzla eyni klubda oynamaq şansımın olmadığına görə təəssüflənirəm”, - deyə Zidan vurğulayıb.

Qeyd edək ki, Skoulz 1993-2011-ci illər aralığında “Mançester Yunayted”in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest