04 Fevral 2025, 16:29
FUTBOL
“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu yeni transferə yaxındı.
Belə ki, sabiq futbolçu Kadi Borqes “Qarabağ”a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.
Qeyd edək ki, Kadi Borqes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.