Qadın futbolçulardan ibarət Braziliya millisinin üzvü Formiqa dünya rekordunu yeniləyib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, buna yığmanın dünya çempionatına aparılacaq heyətinə çağırılmaqla nail olub.

Belə ki, 7 iyun - 7 iyul tarixləri arasında Fransada qadınlar arasında mundial baş tutacaq. "Sambaçılar"ın heyətinə çağırılan Formiqa bununla 7-ci dəfə dünya çempionatı həyəcanı yaşayacaq. 41 yaşlı futbolçu yaponiyalı Homare Savanın rekordunu yeniləyib. PSJ-li Formiqa hər hansı bir görüşdə meydana çıxarsa, mundialda oynayan ən yaşlı oyunçu ünvanına da sahib olacaq.

Qeyd edək ki, kişilərdə meksikalı Rafael Markes, Antonio Karbayal və almaniyalı Lotar Matteus 5 mundiala qatılmaqla rekord müəllifidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest