Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
Lider "Qarabağ" doğma meydanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail" ilə üz-üzə gəlib. Ağdam klubu 5 cavabsız qolla qələbəyə sevinib.
Qeyd edək ki, növbəti turun oyunları 15-17 fevral tarixlərində keçiriləcək.
Misli Premyer Liqası
XXII tur
11 fevral
"Qarabağ" – "Səbail" - 5:0
Qollar: Yassin Benzia, 76 (pen), Leandro Andrade, 80, 85, Kadi Borqes, 88, Nəriman Axundzadə, 90+3
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 10. Abdullah Zubir (k) 81. Kevin Medina 7. Yassin Benzia 8. Marko Yankoviç 2. Mateus Silva 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 9. Kadi Borqes 19. Redon Cica 15. Leandro Andrade 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
"Səbail": 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 16. Emin Rüstəmov 3. Dmitro Litvin 99. İnnosent Nşuti 7. Madi Queta 5. Gitay Sofir 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 83. Nihad Quliyev 19. Samir Abdullayev 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 10. David Qomis 8. Qorka Laruçça
Baş məşqçi: Cavid Hüseynov