11 Mart 2025, 17:17
AVROPA LİQASI
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Reyncers" - "Fənərbağça" görüşünün hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın saytında yer alıb.
Qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi funksiyasını Espen Eskas icra edəcək. Yan xətt hakimləri Yan Erik Enqan və İsaak Elias Başevkin olacaq. Dördüncü hakim kimi isə Rohit Saqqi təyinat alıb.
VAR Pol van Boekelə, AVAR Kristian Dinqertə tapşırılıb.
Qeyd edək ki, görüş martın 13-də baş tutacaq.