12 Mart 2025, 13:49
ÇEMPİONLAR LİQASI
“Bayer”in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bavariya”ya məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki, o, komandasının bu görüşdə zəif təsir bağışlamadığını bildirib.
“İlk qolu biz vura bilərdik. Qol buraxdıqdan sonra isə iş bizim üçün çətinləşdi. Çempionlar Liqasında səhv etmək olmaz. Oyunçularımın zəif oynadığını deyə bilmərəm. Sadəcə, faydalı iş əmsalı çatışmırdı”, - deyə Alonso vurğulayıb.
Qeyd edək ki, “Bavariya” “Bayer”lə hər iki oyunda qələbə qazanaraq (3:0, 2:0) adını Çempionlar Liqasının 1/4 finalına yazdırıb.