“Sumqayıt”ın iki futbolçusu öz ölkələrinin yığma komandalarına dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Söhbət Ronaldo Vaskez və Tresor Mossidən gedir.

Ronaldo 22 və 26 mart tarixlərində Puerto Riko ilə yoxlama oyunları keçirəcək Dominikan Respublikası yığmasına çağırılıb. Tresor isə dünya çempionatının seçmə mərhələsində 21 mart tarixində Fil Dişi Sahili, 25 mart tarixində Seyşel adaları ilə qarşılaşacaq Burundi yığmasına dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest