20 Mart 2025, 12:51
FUTBOL
“Barselona” hücumçusu Ansu Fati ilə bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, Kataloniya klubu forvardı mövsümün sonunda satmaq fikrindədi.
Rəhbərlik mövsümün sonunda Fatini transferə çıxaracaq. O, baş məşqçi Hansi Flikin gələcək planlarına daxil deyil. Bu səbəbdən yayda müəyyən təzminat qarşılığında satışına icazə veriləcək.
Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.