26 Mart 2025, 22:07
FUTBOL
"Yuventus"un müdafiəçisi Andrea Kambiaso yayda "Liverpul"a keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.
İngilis klubu 25 yaşlı müdafiəçiyə "Real"a keçmək ehtimalı olan Trent Aleksander-Arnoldun əvəzləyicisi kimi baxır.
Xatırladaq ki, Kambiaso 2022-ci ildən "qoca sinyora"da çıxış edir və müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun təxmini transfer dəyəri 40 milyon avrodur.
Bu mövsüm Kambiaso "Yuventus"un heyətində bütün turnirlərdə 35 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.